Smirnov:"Qəza nasazlığa görə baş verməyib"

Aleksandr Smirnov

“Rusiya təyyarəsinin havada partlamasına yeganə səbəb kənar texniki və fiziki faktor ola bilər”.

Bunu noyabrın 2-də keçirdiyi mətbuat konfransında Rusiyanın “Kogalımaviya” hava şirkətinin baş direktor müavini Aleksandr Smirnov deyib.

Smirnov qəza vaxtı təyyarədə heç bir texniki nasazlıq olmadığını deyib.

Smirnov qeyd edib ki, A321 çox etibarlı təyyarədir və hətta pilotun kobud səhvi zamanı belə böyük gücə düşmür.

Smirnov deyib ki, qəzaya yeganə səbəb havada təyyarəyə texniki hərəkət səbəb ola bilər və yekun qərarı rusiyalı mütəxəssislərin daxil olduğu komissiya verməlidir.

Hökumətlərarası aviasiya komissiyasının direktoru Viktor Sorocenko qəzsa yerinə baxdıqdan sonra deyib ki, qırıntıların böyük məsafəyə dağılması deməyə əsas verir ki, təyyarə havada partlayıb.

Qeyd edək ki, A 321-200 sərnişin təyyarəsinin oktyabrın 31-də Misirdə qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.

Təyyarə Misirin Şarm aş Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.

Noyabrın 2-də Peterburqa 144 cəsəd gətirilib və hazırda onların kimliyi müəyyənləşdirilir.