Məktəbli intihar edib

Foto illüstrasiya.

-

Bakıda 16 yaşlı lisey şagirdi intihar edib.

Bu barədə Sabunçu rayon Polis İdarəsinə istinadən APA məlumat yayıb. Bildirilir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Süleymanov yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.