-
İslam Dövləti (İD) terrorçu qrupu Türkiyədə tanınmış suriyalı anti-İD fəalını və onun dostunu öldürdüyünü bildirir.
İD noyabrın 2-də yaydığı bəyanatda qeyd edir ki, fəal Ibrahim Abdul Qader və onun dostu Fares Hamadi-ni oktyabrın 30-da Şanlıurfada qətlə yetirib.
Qader İD silahlılarının Suriyada törətdiyi cinayətləri sənədləşdirən RBSS qrupuyla işləyirdi.
Fəalların meyitləri Hamadi-nin evindən tapılıb. RBSS bildirib ki, əvvəllər də bir neçə fəalı öldürülüb, ancaq ilk dəfədir kimsə ölkədən kənarda qətlə yetirilir.