"Sənədsiz şəxslərin səs verməsinə imkan yaradılır..."

Mehriban Zeynalova

.

32 saylı Suraxanı 3-cü seçki dairəsindən namizədliyini vermiş Təmiz Dünya Təşkilatının sədri Mehriban Zeynalova bildirir ki, onun namizəd olduğu dairədə "təkrar səs verənlər var, sənədsiz şəxslərin səs verməsinə imkan verilir."

Bəs, bunlar barədə MSK-ya şikayət verilibmi? Çünki MSK deyir ki, onlara şikayət daxil olmayıb?

Mehriban Zeynalova bildirir ki, yaydıqları videonu MSK-nın saytına göndərmək istəyiblər, ancaq buna imkan verilməyib, bununla belə, saytda şərh kimi yazıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehriban Zeynalova


Hələlik Mərkəzi Seçki Komissiyasından bu iddialarla bağlı hər hansı reaksiya yoxdur.