Sərnişinlərdən 120-nin meyiti tapılıb

Təyyarənin qalıqları

-

Oktyabrın 31-də qəzaya uğramış Rusiya təyyarəsinin qalıqları içindən 120 nəfərin meyiti müəyyənləşdirilib. Təyyarə Misirin Sinay yarımadasında qəzaya uğrayıb.

Misirin Mülki Aviasiya Nazirliyi bildirir ki, təyyarədəki 224 nəfərdən sağ qalan yoxdur.

Təyyarə Misirin Şarm- əl-Şeyx kurortundan Sankt Peterburqa uçurdu. Hasna şəhəri yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayıb. Ərazi Sinay yarımadasının şimal-mərkəzində, dağlıq hissədə yerləşir.

A321 aerobusu havaya qalxandan 23 dəqiqə sonra yoxa çıxıb. Qəzanın səbəbləri hələlik bəlli deyil.

Təyyarədə 17 uşaq daxil olmaqla, 217 sərnişin, 7 heyət üzvü olub. Rəsmilər onların əksəriyyətinin Rusiya vətəndaşı olduqlarını deyirlər.