Məşhur tərkidünya qadın necə yaşayır- [Fotolar]
Agafja Lykowa Sayanda 1945-ci ildə (bəzi mənbələrə görə 1944-cü ildə) doğulub. Ailəsi – Karp Osipovich və Akulina Karpovna XX əsrin 30-cu illərinin sonunda öz inanclarına görə təqibdən ehtiyatlanaraq çətinliklə gedilə bilən Sibir tayqalarına qaçıblar.
1946-cı ildən Xakasiyadakı Yerinat çayının sahili Lykowa-nın daimi yaşayış yerinə çevrilib. Buradan ən yaxınlıqdakı kəndə getmək üçün iki həftə vaxt lazımdır, həm də keçilməz meşədən piyada getməklə.
Lykowa vaxtilə atasının tikdiyi balaca bir daxmada yaşayır. Daxmanın elektrik enerjisi yoxdur, odun vasitəsilə qızdırılır.
Çayın o tayına getmək üçün belə bir körpüdən keçməli olur.
Lykowa-nın anası 1961-ci ildə, atası isə 1988-ci ildə vəfat edib. O vaxtdan tamamilə tənha yaşayan Agafja «qadın işi», «kişi işi» demədən hər şeyi özü edir.
Sərt Sibir iqliminə baxmayaraq, onun kiçik bostanı heç də pis məhsul vermir.
Lykowa-nın ana və atası sovməə (keşişsiz) inancına məxsus köhnə təriqətçi idilər. Bu dini qrup 1950-ci illərdən Rusiyada təqib olunurdu, pravoslav kilsəsi köhnə təriqətçiləri «raskolniklər» adlandırırdı.
Lykowa barəsində bir neçə film çəkilib, kitablar yazılıb. Ən məşhuru Sovetlər dönəminin tanınmış jurnalist və yazıçısı Vasily Peskov-un yazdığı «Tayqa dalanı» adlı sənədli povestdir.
Yerli hökumət orqanları Lykowa-ya dəfələrlə tibbi və digər yardımlar göstərməyə çalışıblar, amma o hər dəfə bundan imtina edib.