Avropa Birliyi Belarusa qarşı tətbiq etdiyi sanksiyaların əksəriyyətini 4 aylıq rəsmi şəkildə dayandırıb.
Oktyabrın 29-da birliyin yaydığı bəyanatda bildirilir ki, bu avqustun 22-də Belarusdakı bütün siyasi məhbusların azadlığa buraxılması və Avropa Birliyi-Belarus münasibətlərinin yaxşılaşdırılması ilə bağlıdır.
Söhbət aktivləri dondurulmuş və viza qadağası qoyulmuş 174 Belarus rəsmisindən 170-nin qara siyahıdan çıxarılması, həmçinin 14 şirkətə qarşı sanksiyaların dayandırılmasından gedir.
Qalan 4 nəfərə qarşı sanksiyalar isə qüvvədə qalacaq.
Onlar 1999-2000-ciillərdə insanların yoxa çıxmasında əli olanlardır.
Həmçinin Belarusa qarşı silah embarqosu qüvvədə qalacaq.
1993-cü ildən hakimiyyətə gələn Aleksandr Lukashenko bu il yenidən 5-ci müddətə prezident seçilib.