"Azərreyl" uddu,"Lokomotiv" uduzdu

Foto arxiv

Ötən gün Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqasında ilk oyununa çıxıb.

"Dəmiryolçular" Rusiyada Kazanın “Dinamo” klubu ilə qarşılaşıb.

Görüş 3:1 hesablı qələbəsi ilə Dinamonun xeyrinə olub.

Çempionlar Liqasının A qrupunda mübarizə aparan digər Azərbaycan klubu “Azərreyl” komandası isə Almaniyanın “Alyants Ştutqart” klubu ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

A qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparır.