Çinin hakim Kommunist partiyası ailələrdə 1 uşaq siyasətini dəyişib.
Beləliklə indən belə ailədə 2 uşaq doğula bilər.
Sinxua agentliyinin məlumatına görə, qərarı Pekində Kommunist Partiyasının Mərkəzi Komitəsi elan edib.
Çində 1 uşaq siyasəti əhalinin artımını azaltmaq üçün 1978-ci ildə tətbiq edilmişdi.
Hazırda Çinin 1 milyard 370 milyon əhalisi var.