Rusiya Suriya qətnaməsinə qarşıdır

Suriya, arxiv fotosu

-

Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyaya dair qətnamə layihəsinə qarşı çıxır. Qətnamənin məqsədi Suriyada çəllək bombaları hücumlarını dayandırmaqdır.

Britaniya, Fransa və İspaniya çəllək bombalarından istifadəni pisləyən qətnamə hazırlayıb, Dəməşq rejimini sanksiyalarla hədələyir. İnsan haqları qrupları çəllək bombalarının müharibədə İŞİD hücumlarından daha çox itkiyə gətirdiyini bildirir.

Rusiyanın BMT-dəki səfirinin köməkçisi Petr Iliichev oktyabrın 28-də deyib ki, Vyanada danışıqlar gedən bir məqamda bu cəhdlərə zərbə vuracaq addım atmaq olmaz.

Oktyabrın 29-30-da Vyanada Suriya münaqişəsi üzrə danışıqlar keçirilir.