Vucic Putin-lə görüşür

Aleksandar Vucic (solda) Dmitry Medvedev ilə (27 oktyabr, 2015-ci il)

-

Rusiya prezidenti Vladimir Putin oktyabrın 29-da Serbiya baş naziri Aleksandar Vucic-lə görüşəcək.

Vucic Putin-lə bir il öncə görüşüb. Serbiya baş nazirinin Moskva səfəri oktyabrın 27-də başlayıb, rusiyalı həmkarı Dmitry Medvedev-lə ticarət məsələlərini müzakirə edib.

Serbiya Avropa Birliyinə üzvlük danışıqları aparsa da, AB-nin Rusiyaya qoyduğu sanksiyaları qəbul etmir. Qərb Ukraynadakı işğalçı hərəkətlərinə görə Rusiyaya qarşı sanksiya tətbiq edib.

Vucic deyib ki, Serbiya Rusiyanın Gazprom şirkətilə qaz sazişi imzalamağa yaxındır.

Əvəzində Rusiya Serbiyadan ərzaq idxalını artırıb. Sanksiyalara əməl edən digər Avropa ölkələrindən idxalı isə qadağan edib.