Saakashvili mitinqə çağırıb

Mikheil Saakashvili və Alexander Borovik

Saakaşvili və onun müşaviri Sasha Borovik Odessa meriyasına son seçkidə məğlubiyyətlə razılaşmırlar.

Onlar seçkinin saxtalaşdırıldığını iddi edir və tərəfdarlarını mitinqə çağırırlar.

Saakashvili bunu Facebook səhifəsində elan edib.

Saakashvili səsləri oğurlayan fırıldaqçı və oğrulara qarşı komitə yaratmağa, onların gələcəkdə şəhəri dağıtmasına imkan verməməyə çağırıb.

Şəhər seçki komitəsi çərşənbə axşamı bəyan edib ki, seçkidə 52 faiz səslə hazırkı şəhər meri Gennadi Trukhanov qalib gəlib.

Onun əsəs rəqibi Sasha Borovik isə 25, 7 faiz səs toplayıb.

Saakashvili Borovikin tərəfini saxlayır.

Ukrayna prezidenti Petro Poroshenkonun “Həmrəylik” blokunun yerli şöbəsinin sədri səsləri yenidən saymağa çağırıb.