Həmsədrlər Xankəndidə olub

Foto arxiv

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 27-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində olublar.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Məlumata görə, həmsədrlər Igor Popov, Pierre Andrieu, James Warlick və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk separatçı rejimin rəhbəri Boko Saakyanla görüşüblər.

Görüşdə təmas xəttindəki vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunub.