Braziliya millisinin keçmiş baş məşqçisi Artur Ziko FİFA prezidentliyinə namizədliyini geri götürüb.
Beyynəlxalq kütləvi informasiya vasitələrinin məlumatına görə, buna səbəb onuntələb olunan 5 yerli federasiyadan dəstək ala bilməməsi olub.
Hazırda FİFA prezidentliyinə bir neçə namizəd var.
Bunlar Asiya Futbol Konfederasiyasının rəhbəri Salman İbrahim Əl-Xəlifə, FİFA-nın keçmiş baş katibi Jerom Şampan, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və UEFA prezidenti Michel Platinidir.
Amma FİFA-dakı korrupsiya qalmaqalına görə Platininin fəaliyyətinin 90 günlük dayandırılması və istintaqa cəlb edilməsi bunu əngəlləyə bilər.
FİFA-da prezident seçkiləri gələn il fevralın 26-ı keçiriləcək.