Canavar Ağsuya hücum etdi

Canavarlar.

-

Ağsu rayonunda canavarlar yerli sakinlərə hücum edib, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumatı APA yayıb.

Hadisənin oktyabrın 25-də axşam saat 19:00 radələrində rayonun Padar və Növcü kəndləri arasındakı otlaq sahəsində baş verdiyi deyilir.

Padar kənd sakini, 1981-ci il təvəllüdlü Behruz Bəhramov və Növcü kəndində məskunlaşan məcburi köçkün, 1973-cü il təvəllüdlü İlham Məhərrəmov otlaq sahəsindən qoyunları kəndə apararkən qəflətən canavarların hücumuna məruz qalıblar. Onlar boğaz və üz nahiyəsindən xəsarət alıblar.

Yaralılar qohumları tərəfindən Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın cərrahiyyə şöbəsindən bildiriblər ki, xəstələr əməliyyat olunub, onların vəziyyəti ağır olaraq qalır.