Obama-dan Pakistana nüvə çağırışı

Barack Obama və Nawaz Sharif Ağ Evdə görüşür, 22 oktyabr, 2015-ci il

-

ABŞ prezidenti Barack Obama Pakistanı çağırıb ki, nüvə proqramının riskli, sabitsizlik yaradacaq inkişafından çəkinsin. Daha bir çağırış Əfqanıstanla Pakistan arasında sülh danışıqlarının canlandırılmasıdır.

Obama Pakistanın baş naziri Nawaz Sharif ilə oktyabrın 22-də Ağ Evdə 90 dəqiqəlik görüş keçirib.

Bu arada Pakistanla qonşuları Hindistan və Əfqanıstan arasında gərginlik yaranıb. Vaşinqton Pakistanın yeni nüvə silahları sistemlərini, eləcə də kiçik taktiki silahları inkişaf etdirməsindən narahatdır.