Rusiya prezidenti Vladimir Putinin ölkədə reytinqi tarixi maksimuma-təxminən 90 faizə qalxıb.
Ümumrusiya ictimai rəy mərkəzinin hesabatında belə deyilir.
Rəyi soruşulanların 89,9 faizi Rusiyanın fəaliyyətini bəyənib.
2015-ci ilin iyununda Putinin reytinqi 89,1 faiz idi.
Ekspertlərin fikrincə bu ilk növbədə Suriyadakı hadisələrin gedişi ilə bağlıdır.
Sosioloqlar son1 il 6 ay ərzində Putinin reytinqinin 80 faizdən yuxarıda olduğunu xatırladırlar.
Putinin reytinqi 2014-cü ildə Krımın ilhaqından sonra qalxmağa başlayıb.