İsveçin qərbində orta məktəbə edilmiş hücumda 2 nəfər ölüb.
Maskalı və qılıncla silahlanmış 20 yaşlı gənc oktyabrın 22-də sinifə girərək qılıncla müəllimi və 1 şagirdi öldürüb, iki nəfəri isə yaralayıb.
Hadisə yerinə gələn polis hücum edəni güllələyib.
İnsident oktyabrın 22-si səhər saatlarında Trollhattandakı məktəbdə baş verib.
Həmin məktəbdə 400 uşaq oxuyur.
Hücum edən əvvəllər məhkum olunmayıb, hadisənin motivi bəlli deyil.