Əfsanəvi futbolçu Cruyff ağır xəstəliyə tutulub

Foto arxiv

Dünya futbolunun canlı əfsanəsi Johan Cruyff ağır xəstəliyə tutulub.

Xarici KİV-lərin məlumatına görə, 68 yaşlı Cruyff ağciyər xərçəngi diaqnozu qoyulub.

Xəstəliyin hansı mərhələdə olduğunu öyrənmək üçün o analizlər verəcək, daha sonra isə onun müalicəsinə başlanacaq.

Johan Cruyff futbolçu karyerası ərzində Hollandiya millisi, "Barselona" və "Ayaks"da oyunları ilə yadda qalıb.

1988-1996-cı illərdə isə "Barselona"da baş məşqçi işləyib.