Yağış gözlənilir

Serbia -- Migrants protect themselves from the rain as they wait to cross the border with Croatia near the village of Berkasovo, October 19, 2015

Oktyabrın 23-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış gözlənilir. Gündüz hava dəyişkən-buludlu olacaq. Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakı və Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19 dərəcə isti olacaq.

Bölgələrdə isə hava əsasən yağmursuz olacaq.

Gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacaq.

Şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.