Həbsdə olan jurnalist Rauf Mirqədirovun işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
Lent.az-ın məlumatına görə, noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilcək.
Prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək.
Rauf Mirqədirovun işi ilə bağlı materiallar yekunlaşdırılaraq oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub, dərhalda həbs olunub.
O, dövlətə xəyanətdə ittiham olunur.
Jurnalist ittihamı rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.