ABŞ Dövlət katibi John Kerry və İsrailin baş naziri Benjamin Netanyahu Yaxın Şərqdə yenidən zorakılığa səbəb olan təhrikçi hərəkətləri təcili dayandırmağa çağırıblar.
Onlar oktyabrın 22-də Berlində görüşüblər.
Kerry təxribatçı hərəkətləri təcili dayandırmağa çağırıb, Netanyahu isə həmişəki kimi Fələstin prezidenti Mahmud Abbası gərginliyi qızışdırmaqda ittiham edib.
Məlumatlara görə, İsrail son vaxtlar fələstinlilərin Əl- Aksa məscidinə girinişini məhdudlaşdırır və kompleksin başındakı ibadətgahı götürmək istəyir.
Qarşıdurma da buna görə yaranıb.
Amma İsrail ittihamı rədd edir və indiki status-kovo vəziyyətini dəyişmək fikrində olmadığını deyir.
Status-kvoya görə həmin məbədə yəhudilər də baş çəkə bilər, amma ibadət edə bilməzlər.
Kerry məbədin statusuna aydınlıq gətirilməsi üçün oktyabrın 24-də İordaniyada Fələstin prezidenti Mahmud Abbasla da görüşəcək.
Son günlər baş verən toqquşmalarda 10 israilli və 47- fələstinli ölüb.