-
Ağ Ev Rusiyanı Suriya prezidenti Bashar al-Assad-ın rəsmi qarşılanma mərasiminə görə tənqid edib.
Assad oktyabrın 21-də Moskvaya qəfil səfər edib və Rusiya prezidenti Vladimir Putin-lə görüşüb.
“Biz öz xalqına qarşı kimyəvi silahlardan istifadə etmiş Assad-ın rəsmi qarşılanma mərasimini rusiyalıların Suriyada siyasi keçidlə bağlı bəyan etdikləri mövqeyə zidd sayırıq,” Ağ Evin sözçüsü Eric Schultz oktyabrın 21-də jurnalistlərə deyib.
Assad Moskva səfərində Putin-ə hərbi dəstəyinə görə şəxsən təşəkkür edib. Rusiya dövlət mediası bu səfəri diplomatik sui-qəsd adlandırıb.
Assad 2011-ci ildə Suriya böhranı yaranandan ilk xarici səfərini edib.
3 həftə öncə Rusiya Assad-a dəstək məqsədilə Suriyaya hava zərbələrinə başlayıb.