-
ABŞ prezidenti Joe Biden deyir ki, 2016-cı il prezident seçkisinə namizədliyini verməyəcək. O, oktyabrın 21-də Ağ Evin Qızılgül Bağında (Rose Garden), Prezident Barack Obama və həyat yoldaşı Jill-in iştirakıyla danışıb.
Son aylar vitse-prezidentin namizədlik niyyəti böyük spekulyasiya doğurmuşdu. Siyasi təhlilçilər onun namizədliyinin Demokratların hazırda rəy sorğularında öndə gedən namizədi Hillary Clinton-un şanslarına təsir edəcəyini deyirdilər. Çoxları inanırdı ki, Biden namizəd olarsa, Clinton-un seçki kampaniyasına ciddi zərbə dəyər.
Clinton 2008-ci ildə Obama-ya uduzdu, sonradan onun dövlət katibi oldu.
Biden bu ilin əvvəlində 46 yaşlı oğlu Beau-nun ölümündən danışıb, deyib ki, seçki kampaniyasının emosional yükünü çəkməyə hazır deyil.