ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir.
AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, həmsədrlər Igor Popov, James Warlick and Pierre Andrieu səfərə oktyabrın 26-da Yerevandan başlayacaq.
Onlar səfər zamanı prezident Serz Sargsian və xarici işlər naziri Edward Nalbandianla görüşəcəklər.
Oktyabrın 28-də isə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq üçün Bakıya gələcəklər.
Separatçı Dağlıq Qarabağ rejiminin mətbuat katibi David Babayanın sözlərinə görə, həmsədrlər
Oktyabrın 26-27-də Dağlıq Qarabağa da səfər edəcək, təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.