Ədalət Əsədullayev həbsdə qaldı

Foto arxiv

Ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin üzvü olmuş Ədalət Əsədullayevin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bu dəstə adam oğurluğu, sifarişli qətllər və digər ağır cinayətlərdə ittiham olunur.

Ədalət Əsədullayev şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Lakin iddia təmin olunmayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 2007-ci il yanvarın 17-də Ədalət Əsədullayevi 12 il azadlıqdan məhrum edib.