Əfqanıstanda döyüşlər gedir

Foto arxiv

Əfqanıstanın Ləşkar Gah şəhərində hökumət qüvvələri ilə talibançılar arasında döyüş davam edir.

Talibançılar bundan bir gün əvvəl şəhərin bir hissəsini ələ keçiriblər.

Yerli rəsmilər ötən gecə şəhərə 1000 nəfərlik əlavə qüvvələr göndərildiyini deyirlər.

Taliban oktyabrın 20-də Babaji rayonunu ələ keçirib.

Rəsmilərin sözlərinə görə, hökumət qüvvələri son 24 saat ərzində talibançıların ələ keçirdiyi 15 nəzarət məntəqəsindən 5-ni geri alıblar.

AzadlıqRadiosunun müxbiri oktyabrın 21-də Babaji, Had-Ali və Marjah rayonlarında döyüşlər getdiyini xəbər verir.

Helmand əyalətinin sözçüsü Omar Zwak hər iki tərəfdən ağır itkilər olduğunu xəbər verir.

Yerli sakinlərin bir qismi döyüşə görə Laşkar Gah şəhərini tərk etməli olub.

Bu şəhər Helman əyalətinin paytaxtıdır.

Döyüşlər Qəndəharla Herat şəhərini birləşdirən əsas yolu əngəlləyir.

NATO qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk etməzdən əvvəl Helmand əyalətində ABŞ və Britaniya bazaları yerləşirdi.

Helmanda dünyada tiryək istehsal olunan ən böyük ərkəzlərdən biridir.