Miqrant böhranı müzakirə olunacaq

Foto arxiv

Avropa Komissiyasının sədri Jean-Claude Juncker Qərbi Balkan ölkələrində miqrant böhranını müzakirə etmək üçün oktyabrın 25-də növbədənkənar iclas çağırıb.

Görüşdə Avstriya, Bolqarıstan, Xorvatiya, Almaniya,Yunanıstan,Macarıstan, Rumınya, Makedoniya və Serbiyanın liderləri iştirak edəcək.

Macarıstan Serbiya və Xorvatiya ilə sərhədlərini bağladığından Qərbi Balkan ölkələrinə 10 minlərlə qaçqın üz tutub.

Macarıstanın bu addıməndan sonra miqrantlar Sloveniya vasitəsi ilə digər ölkələrə keçməyə can atırlar.

Qaçqınların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.

BMT-nin qaçqınlar üzrə idarəsi xəbərdarlıq edib ki, qarşıdan qış gəlməsinə baxmayaraq qaçqın axınının səngiyəcəyi gözlənilmir.