Rusiya Arktikada 2-ci bazanı tikir

Vladimir Putin Alexandra Torpağı adasında, 2010-cu il

-

Rusiyanın müdafiə nazirliyi deyir ki, uzaq Arktikada böyük bir hərbi baza tikib. Burada Rusiya neft və digər mineral ehtiyatları aşkarlamağa ümid bəsləyir.

Nazirliyin oktyabrın 20-də yaydığı məlumatda deyilir ki, Alexandra Torpağı adasında ucaldılmış binanın 97 faizi hazırdır. Nəhəng obyekt Rusiya bayrağının rənglərinə boyanıb.

Rusiya bu yaxınlarda Donanma Dokrtinasını yeniləyib və Artik regionu mineral ehtiyatları və strateji əhəmiyyəti baxımından vacib zona elan edib.

Rusiya oxşar hərbi bazadan Şərqi Sibir dənizindəki Kotelny adasında da tikib.