Donetskdə tanklar təmas xəttindən çıxarılır

Foto arxiv

Ukrayna ordusu ilə ölkənin şərqindəki rusiyapərəst separatçılar tank və kiçik çaplı silahları Donetsk vilayətindəki təmas xəttindən çıxarmağa başlayıblar.

Bunu oktyabrın 20-də Ukrayna ordusunun sözçüsü Leonid Matyukhin bəyan edib.

İlin əvvəllərində Donetsk, Luqansk və Debaltsevedə tərəflər arasında ağır döyüşlər gedirdi.

Debaltseve hazırda separatçıların nəzarətindədir.

Donetsk separatçılarının lideri Eduard Basurin Frans-Press agentliyinə bildirib ki, Debaltsevedən silahların çıxarılmasına başlayıb və digər ərazilərdə də bu davam etdiriləcək.

Son vaxtlar demək olar ki, Ukraynanın şərqində atəşkəs rejiminə tam əməl edilir.