"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" ciddi itki ilə üzləşib.
Britaniya mətbuatının məlumatına görə, klubun yarımmüdafiəçisi Naser Shadli zədələnərək sıradan çıxıb.
O "Liverpul"la görüşdə zədələnib və təxminən 1 ay meydana çıxa bilməyəcək.
“Tottenhem” oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində səfərdə "Anderlext"lə, iki həftə sonra isə Belçika klubunu evdə qəbul edəcək.