Ankara partlayışlarını kim törədib

Ankara partlayışlarına etiraz aksiyası

-

Ankarada 102 nəfərin ölümünə səbəb olmuş partlayışları törədən intiharçılardan birinin kimliyi müəyyənləşib. Türkiyə rəsmiləri həmin şəxsin Türkiyənin cənub-şərqindən bir gəncin olduğunu bildirir. İyulda onun qardaşı oxşar hücum həyata keçirib.

Qardaşlar yaşadıqları şəhərdə İslam Dövləti (İD) silahlı qruplaşması üçün silahlı yığırmışlar.

Ankara prokurorluğu oktyabrın 19-da yaydığı məlumatda bildirir ki, Yunus Emre Alagoz Adiyamandan olub. Digər intiharçının DNT testlərinə əsasən müəyyənləşdirilməsi davam edir.

Alagoz bu hücumla kürdpərəst fəalları hədəf alıb.

Qardaşı Seyh Abdurrahman Alagoz iyulda Suriya sərhədi yaxınlığındakı Surucda kürdpərəst fəallara hücum çəkərək özünü partladıb. Həmin hücumda 33 nəfər həlak olub.

Baş nazir Ahmet Davutoglu AHaber TV-yə deyib ki, partlayışa görə 15 nəfər saxlanıb. Onlardan 4-ü hələ də həbsdədir.

Axtarışlar zamanı intiharçı jiletləri, Kalashnikov avtomatları, əl qumbaraları, xeyli partlayıcı da aşkarlanıb.