-
Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinin rəhbəri ərazinin Rusiyaya birləşdirilməsi üzrə referendum keçirməyi təklif edir.
Leonid Tibilov deyib ki, Rusiyayla birləşmək “Cənubi Osetiya xalqının çoxdankı arzusudur”. O, oktyabrın 19-da, Rusiya prezidentinin köməkçisi Vladislav Surikov-la görüşdən sonra danışıb.
Tibilov-un sözlərinə görə, ictimaiyyət və siyasi liderlərin bu ideyanı dəstəkləyəcəyindən əmindir.
Tibilov-la Rusiya prezidenti Vladimir Putin bu il martın 18-də “alyans və inteqrasiya sazişi” imzalayıblar.
Avropa Birliyi və Birləşmiş Ştatlar bu paktı pisləyib.
Moskva oxşar razılaşmanı Gürcüstandan ayrılmış Abxaziya ilə də bağlayıb.
Cənubi Osetiya 1990-cı ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya 2008-ci ildə Gürcüstanla beş günlük müharibədən sonra bu ərazini tanıyıb.