Hacıqabulda avtobus aşıb

Foto arxiv

Hacıqabulda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ağacanlı kəndində qeydə alınıb.

Quşçuluq fabrikinin fəhlələrini daşıyan avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.Qəzanın səbəbi araşdırılır.