"Qəbələ"-"Borussiya" oyununun biletləri

Qəbələ futbol klubu

Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 22-də keçiriləcək "Qəbələ"-"Borussiya" (Dortmund) oyununun biletləri satışa çıxarılıb.

Klubun rəsmi "facebook" səhifəsində gedən məlumata görə, biletlərin qiymətləri sektorlara uyğun olaraq 3, 5, 10 və 20 manat arasında dəyişir.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Borussiya" oyunu saat 20:00-da başlayacaq.