Keçmiş baş nazir həbsdə qalacaq

Moldovada etiraz aksiyası, arxiv fotosu

-

Moldova məhkəməsi keçmiş baş nazirin daha 30 gün həbsdə qalması barədə qərar çıxarıb. Qərar oktyabrın 18-də verilib. Müstəntiqlər Vlad Filat-ı korrupsiyada ittiham edirlər. Onun adı bank sistemindən 1 milyard dolların oğurlanması ilə bağlı çəkilir.

Filat 2009-2013-cü illərdə baş nazir olub. O, oktyabrın 15-də saxlanıb. Moldova qanunlarına görə şəxs ittiham irəli sürülmədən 72 saat saxlana bilər.

Filat bir biznesmendən 250 milyon dollar rüşvət almaqda və ona 3 Moldova bankının birinin nəzarətini verməkdə ittiham olunur. Filat isə ittihamları rədd edir, siyasi intriqaların qurbanı olduğunu deyir.

Banklardan 1.5 milyard dollar 2014-cü il parlament seçkisi ərəfəsi yoxa çıxıb.

Oktyabrın 18-də Filat-ln tərəfdarları və tənqidçiləri Kişinyov məhkəməsi qarşısında etiraz aksiyası keçirilər, keçmiş baş nazirin xeyrinə və əleyhinə şüarlar səsləndirilib.

Bu bank qalmaqalı ölkədə kütləvi etirazlara gətirib.