"Şeiraltı" kitabının təqdimatı olub

Sərdar Amin (sağda)

- Yazar Sərdar Aminin şeir kitabının təqdimat mərasimi keçirilib. “Şeiraltı” adlanan toplunu ilk qarşılayanlar oxucular və yazarın qələm dostları olub.

Təqdimat zamanı ədəbiyyatçılar Sərdarın şeirləri haqqında qənaətlərini bölüşüblər. Kitaba yazarın 2010-cu ildən bəri qələmə aldığı şeirlər daxildir.

Təqdimata qatılan yazıçı, publisist Orxan Fikrətoğlu yazarın bir neçə şeirindən sitat gətirib və onun özəlliklərindən danışıb.

Çıxış edən "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə və kitabın naşiri Vəli Əkbər Sərdar Aminin müasir poeziyamızdakı yenilik cəhdlərinindən danışıblar.

Qeyd olunub ki, Sərdar Aminin yaradıcılığı bəşəri mövzulara özünəməsus yanaşma ilə diqqət çəkir.

“Şeiraltı” Sərdar Aminin ikinci kitabıdır. 2013-cü ildə yazarın “Qaratoyuq nəğməsi” adlı romanı işıq üzü görüb.