Fiziki şəxslərin gəlir vergisi yükü azaldılır

Azerbaijan -- manat

Azərbaycanda fiziki şəxslərin gəlir vergisindən azad olunması və güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

Bunu vergilər naziri Fazil Məmmədov oktyabrın 16-da Milli Məclisin İqtisadi-siyasət komitəsinin iclasında “Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, fiziki şəxsin əsas iş yerində aylıq gəliri 2 500 manatadək olsa ölkə üzrə yaşayış minimumunun 1, illik gəliri 30 000 manatadək olduqda isə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur.

Qeyd edək ki, hazırda fiziki şəxsin əsas iş yerində aylıq gəliri 250 manatadək olduqda, yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda isə 12 misli məbləğində olan hissəsinin gəlir vergisindən azaddır.