Rusiya Suriyada baza tikir

Vladimir Putin və Bashar Assad

Rusiya İslam Dövləti qrupu ilə mübarizə aparmaq üçün hərbi baza tikməyi planlaşdırır.

Baş Qərargah rəsinin müavini Andrei Kartapolov oktyabrın 16-da “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində deyib ki, bu vahid bazada hərbi-hava, dəniz və quru qoşunlarından ibarət bir neçə hissə yerləşəcək.

O həmçinin bildirib ki, Rusiyanın Aralıq dənizindəki daimi hərbi-dəniz qüvvələrindən Suriyadakı obyektlərin vurulmasında istifadə edilə bilər.

O qeyd edib ki, Rusiyanın hesablamalarına görə hazırda Suriya və İraqda 40-50 min arası İslam Dövləti yaraqlısı var.

Kartapolov qeyd edib ki, Rusiya Suriyada heç bir mötədil müxalifət görmür.

Onun sözlərinə görə, Rusiya ordusu indiyədək Suriyada 380 obyektə qarşı 600 missiya həyata keçirib.

Rusiya Suriya münaqişəsində prezident Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.