Orta aylıq əmək haqqı artıb

Azərbaycan manatı

2015-ci il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqı ilin əvvəli ilə müqayisədə 4,4% artaraq 460,1 manat olub.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Bunadək Azərbaycanda aylıq orta əməkhaqqı 444,5 manat idi.

Rəsmi statistikaya görə, 9 ayda inflyasiya 3,7%, ərzaq inflyasiyası isə 6% olub.

Ən yüksək əmək maaşı neft sektorunda çalışanlar alır –1700 manatdan çox, informasiya və rabitə sahəsində çalışanlar isə 700 manatdan çox əmək haqqı alır.

Ən yüksək əmək haqqını ölkə prezidenti alır – 15 min manat.

2013-cü ildən minimal əmək haqqı sabit qalır–105 manat.

Yaşayış minimumu isə 125 manatdır.