Rusiya, Pakistan kəmər çəkəcək

Foto illüstrasiya

-

Rusiya ilə Pakistan Karaçidən Lahor Ərəb dənizi limanına təbii qaz kəmərinin çəkilməsi üzrə saziş imzalayıb.

Oktyabrın 16-da elan olunub ki, Şimal-Cənub kəmərini Rusiyanın Rostec şirkətinin filialı tikəcək və Rusiya 2 milyard dollarlıq sərmayə qoyacaq.

Sazişi İslamabadda Rusiyanın Enerji naziri Aleksandr Novak və Pakistanın Neft naziri Shahid Khaqan Abbasi imzalayıb. Mərasimdə prezident Nawaz Sharif də iştirak edib.

1100 km-lik layihənin ilk fazası 2017-ci ilin dekabrında tamamlanacaq. İllik tutumu 12.4 milyard kubmetr olacaq, Karaçi və Lahordakı mayeləşdirilmiş təbii qaz terminallarını birləşdirəcək.

Layihə 2020-ci ilədək tamamlanmalıdır

Novak oktyabrın 21-də Tehrana səfəri zamanı enerji əməkdaşlığını müzakirə edəcək.