Ukrayna BMT-Təhlükəsialik şurasının qeyri-daimi üzvü seçilib.
Həmçinin Misir, Yaponiya, Sneqal və Uruqvay 2016-2017-ci illlərdə şuranın qeyri-daimi üzvləri seçiliblər.
Ukrayna şurada Şərqi Avropa ölkələrini təmsil etmək mandatı qazanıb.
Ukraynanın nümayəndə heyəti seçki kampaniyası zamanı Rusiyanın veto qoymaq hüququna qarşı mübarizə aparacağını vəd eləmişdi.
Bu 5 ölkənin 2 illik mandatı yanvardan başlayır.
Onlar Litva, Çili, İordaniya,Çad və Nigeriyanı əvəz edəcəklər.
BMT-nin Təhlükəsizlik Şurasına 5 daimi üzv də daxil olmaqla 15 ölkə daxildir.
ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa daimi üzvlərdir və qərarlara veto qoymaq hüquqları var.