Oktyabrın 15-də Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında 2 Azərbaycan boksçusu final görüşünə çıxır.
Elvin Məmişzadə 52 kq, Albert Səlimov isə 60 kq çəki dərəcəsində mübarizə aparırlar.
Hər iki boksçunun rəqibi kubalı olacaq.
Elvin Məmişzadə Yosbani Veytia , Albert Səlimov isə Lazaro Alvareslə qarşılaşacaq.
Digər Azərbaycanlı boksçu Pərviz Bağırov isə 69 kq çəki dərəcəsində çinli Liu Ve ilə 3-cü yer uğrunda mübarizə aparacaq.
Brünc və qızıl medallar uğrunda görüşlər Bakı vaxtı ilə saat 21:00-dan başlayacaq.