Sabah Bakıda yağış yağacaq.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 16-da arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.
Bakıda və Abşeron yarımadasında gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru isə 12 dərəcə isti olacaq.
Bölgələrdə də arabir yağış yağacağı, bəzi dağlıq ərazilərə isə sulu qar və qar düşəcəyi gözlənilir.
Gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.