Suriya ordusu hücuma keçir

Homsda Grad qurğuları

-

Suriya ordusu ölkənin şimalındakı Homs vilayətində çoxdan planlaşdırılan hücuma keçib.

Hücuma Rusiya hərbi təyyarələrinin dəstək verdiyi bildirilir. Homs şəhərindən şimaldakı ərazilər üsyançıların əlindədir. Homsun mərkəzinə hökumət nəzarət edir.

Müharibənin monitorinqini aparan Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, oktyabrın 15-də Rusiya Talbiseh və Teir Malla ərazilərin hava zərbələri endirib.

Əməliyyatda Suriya və Livanın Hizbullah təşkilatının döyüşçüləri də iştirak edir.

Son günlər Rusiya Suriyaya zərbələri gücləndirib. Oktyabrın 13-də 88 missiya həyata keçirildiyi bəyan edilib.

Moskva İslam Dövləti qruplaşmasını vurduğunu deyir. Ancaq Vaşinqton və müttəfiqləri onu məhz Qərbin dəstəklədiyi üsyançı qrupları hədəfə almaqda ittiham edir.