Lavrov:"İraq və Əfqanıstanı diqqətlə izləyirik"

Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, Suriyadan başqa heç bir ölkə Moskvadan birbaşa hərbi müdaxilə istəməyib.

O oktyabrın 14-də bildirib ki, Rusiya İraq və Əfqanıstandakı hadisələri diqqətlə izləyir, amma Suriyadan başqa heç kim yardım istəməyib.

Lavrov qeyd edib ki, əgər belə bir təklif olunsa bu barədə prezident Vladimir Putin qərar verəcək.

Lavrov həmçinin bildirib ki, ABŞ Suriyada mübarizəni daha dərindən koordinasiya eləmək üçün Moskvaya nümayəndə heyəti göndərməkdəm imtina elədi.

O qeyd edib ki, bunu prezident Vladimir Putin sentyabrın sonunda Nyu-Yorka səfəri zamanı təklif eləmişdi.