Azərbaycanda bütün binalar yoxlanılacaq

Gurban yetirmişli

“Azərbaycanda bütün çoxmərtəbəli binaların seysmoloji vəziyyəti yoxlanılacaq”.

Bunu APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bununla bağlı yaxın günlərdə Almaniya ilə sənəd imzalanacaq və bunun üçün maliyyəni Almaniya ayıracaq.

O deyib ki, süsusi cihazlar alınacaq və xidmətin əməkdaşları Almaniyada təlim keçəcək.

Qurban Yetirmişli qeyd edib ki, binaların seysmoloji vəziyyətinə ətraf mühit, yeraltı proseslər və tikinti materialların təsiri öyrəniləcək.