İran parlamentinin aparıcı üzvləri Tehranın Rusiya, Suriya və İraqla əməkdaşlıq eləməsinin terrorçuluqla mübarizədə uğurlu olduğunu deyirlər.
Bunu İran Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Alaeddin Boroujerdi oktyabrın 14-də Dəməşqdə suriya rəsmiləri və Bashar Assadla görüş ərəfəsində deyib.
O qeyd edib ki, ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyası bu yöndə heç nəyə nail ola bilmədi.
Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayıb.
Moskva İslam Dövləti qrupunun mövqeləri ilə yanaşı Bashar Assad rejiminə qarşı vuruşan Qərbin dəstəklədiyi üsyançıların da mövqelərini bombalayır.
Rusiya həmçinin İranla Bağdadda koordinasiya mərkəzi yaradıb.