Satirik şair Tofiq Həsənlinin oğurlandığı deyilir

Tofiq Həsənli.

-

Lənkəranda yaşayan satirik şair Tofiq Həsənlini oktyabrın 13-də, axşam saat 21:00 radələrində Bakının Qala kəndində naməlum şəxslər oğurlayıb.

Onun hara aparıldığı bəlli deyil.

Bu haqda Tofiq Həsənlinin dostları sosial şəbəkələrdə məlumat yayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bir neçə ay əvvəl satirik Şair Tofiq Həsənli AzadlıqRadiosuna bunları deyib

Şairin dostları onun anasının videomüraciətini yayıblar.

Anasının dediyinə görə, oğlunu yazdığı şeirlərinə görə oğurlayıblar: «Söz azadlığıdırsa, mənim də balam söz deyib, şeir yazıb. Bundan ötrü adamı tutarlar? Mənim balamı tutublar. Ayıb olsun onu tutanlara. Mənim balamın üstünə şər atırlar. Mənim 82 yaşım var, iki dəfə infarkt keçirmişəm, gecə səhərə qədər Tofiq mənim qarovulumu çəkirdi. Xahiş edirəm, mənim balamı zalımların əlindən alın. Torpaqlarımızın 20 faizi ermənilərdədir. Ermənilərə gücləri çatmır, Tofiqə gücləri çatır. Tofiq el aşığıdır, nəyi görürsə, onu da deyir».

Hələlik Tofiq Həsənlinin həbsi ilə bağlı rəsmi açıqlama yoxdur.