Keçmiş səfir seçkiləri boykota çağırır

Arif Məmmədov

-

Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədovun «Ağ qərənfillər» hərəkatı parlament seçkilərini boykota çağırıb.

Hərəkatın bəyanatında deyilir ki, MSK-nın tərkibində, dairəvi və yerli seçki komissiyalarında dəyişikliklərin edilməməsinə, siyasi məhbusun azad olunmamasına, yeni həbslərə və ölkədə seçki qabağı mühitin hiss olunmamasına görə seçkilər boykot edilməlidir.

Hərəkat ATƏT və Avropa Parlamentinin seçki prosesini müşahidə etməkdən imtina etməsini dəstəkləyir, bütün siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını tələb edir.